HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Torpağın bağrındakı “ölüm toxumları” təmizlənir – Ağdamdan reportaj

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını əzmlə davam etdirir. Bu fədakar insanlar sanki hər addımda torpağın köksünə sancılmış “ölüm toxumlarını” bir-bir üzə çıxararaq, yurdun yaralı bağrına məlhəm qoyurlar.

Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2025-ci il dekabrın 22-də imzaladığı və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Laçın bir cənnətdir: qışı möcüzə – VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçının qışına həsr edilmiş videoçarx hazırlanıb.