Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı fonunda Azərbaycan dövləti su ehtiyatlarının idarə olunmasını milli təhlükəsizliyin prioriteti elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə su itkilərinin qarşısının alınması və alternativ su mənbələrindən istifadə üzrə mühüm strateji proqramlar icra olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərin zəngin su potensialının ölkənin ümumi su sisteminə inteqrasiyası iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıyır.

Ağdərənin Baş planına əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır.

Çıldıran kəndi Ağdərə rayonunda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Kənddə indiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib və 13 ailə – 48 nəfər yaşamaq üçün kəndə qayıdıb. Bu il daha 30 evin bərpası planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzurun zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Bərpa-quruculuq işlərinin aparılması və sakinlərin doğma yurda qayıdışı ilə paralel olaraq bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün də tədbirlər görülür.