
Dekabrın 18-19-da Cenevrədə Xəzəryanı dövlətlərin ətraf mühit nazirlərinin qərarı ilə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Katibliyinin təşkili üzrə sənəd layihələrinin hazırlanması məqsədilə yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Konvensiyanın müvəqqəti Katibliyi kimi fəaliyyət göstərən BMT-nin ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindən təşkil olunan görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.
Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda Konvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsasların müzakirəsi davam etdirilib.
Tərəflər Katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinin institusional mexanizmlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində, Konvensiyanın müvəqqəti Katibliyi Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planı layihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumat verib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










