Bu il biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edirik. Artıq bir müddətdir bununla bağlı silsilə tədbirlər keçirilir. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində belə bir toplantının keçirilməsi rəmzi məna daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində söyləyib.
Nazir qeyd edib ki, Azərbaycan BMT tərəfindən elan edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) böyük önəm verir və DİM-lər üzrə müxtəlif sahələrdə bütün dünya qarşısında duran mövzularla bağlı prioritetlərini müəyyənləşdirir.
Ölkəmiz bu istiqamətlərdə inkişaf etmək üçün böyük və sistemli işlər həyata keçirir. Azərbaycan həm postmünaqişə dövrünə aid olan, həm də postpandemiya dövründə dünya qarşısında dayanan çağırışları BMT konteksində müzakirə etmək məqsədilə bu gün Şuşa şəhərində xüsusi toplantı təşkil edib. Burada həm Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri, nümayəndələri, həm də BMT-nin müxtəlif agentliklərinin rəhbərləri iştirak edirlər. Hesab edirik ki, bu tədbir çox önəmli və vacib mövzuların müzakirəsi baxımından mühüm platforma kimi Azərbaycanla BMT arasında münasibətlər üçün faydalı olacaq.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











