
Avqustun 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nepalın xarici işlər naziri Arzu Rana Deuba arasında telefon danışığı aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Nepalın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı liderlər arasında keçirilmiş Sammitdə Azərbaycan ilə ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Nazirlər iki ölkə arasında son illərdə ali və yüksək səviyyəli siyasi təmasların təqdirəlayiq olduğunu bildiriblər. Nepalın Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb.
Bu il 30 illiyini qeyd etdiyimiz diplomatik münasibətlərin intensiv şəkildə inkişaf etdiyi, Nepala həyata keçirilmiş hökumət missiyasının, Xarici İşlər nazirlikləri arasında təşkil olunmuş siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri nəzərdən keçirilib. İki ölkə arasında beynəlxalq təşkilatlarda, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










