
Azərbaycanda səfərdə olan Çili Xalq Respublikası Milli Konqresi Senatının İnsan hüquqları komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan və Senatın İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards sentyabrın 26-da Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzüblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










