Çin Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyəti alqışlayır.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşü şərh edərkən belə deyib.
“Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq etdiyi dost tərəfdaşlardır. Biz tərəflərin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyətini görməyə şadıq. Ümidvarıq ki, tərəflər regionda sülh və sabitliyi və insanlar üçün əmin-amanlığı birgə təmin etmək üçün atəşkəs haqqında konsensusa əməl edəcək”, – deyə Çin XİN rəsmisi bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









