Azərinformun məlumatı:
“Respublika hökuməti Bakı şəhərinin komendantı general-polkovnik İ.Tyaqunovla birgə Ermənistanda kompakt vəziyyətdə yaşayan azərbaycanlıları düşdükləri ağır vəziyyətlə əlaqədar həmin respublikadan çıxarılması üçün tədbirlər görür. Belə ki, dekabrın 1-dən 2-nə keçən gecə Masis rayonundan 3800 nəfər, Spitakdan 400 nəfər, Araratdan 450 nəfər, Kalinindən 150 nəfər, Kirovakandan 482 nəfər, Stepanavandan 614 nəfər çıxarılıb. Azərbaycan SSR Nazirlər Sovetindən verilən xəbərə görə, dekabrın 2-də qaçqınların sayı 78 min nəfəri ötüb. Onların əksər hissəsi Naxçıvan MSSR-də, Kirovabadda, Kəlbəcər, Abşeron, Zəngilan, Mir-Bəşir, Şamxor, Xanlar, Tovuz rayonlarındadır. Yerlərdə partiya, sovet, komsomol orqanları və ictimaiyyətin nümayəndələrindən ibarət qərargahlar yaradılıb. Qaçqınlar müvəqqəti məntəqələrdə yerləşdirilir, oradan isə yaşayacaqları yerlərə göndərilirlər. Burada müvəqqəti yaşayış yerləri düzəldilib, isti yemək və tibbi xidmət təşkil olunub. Respublika hökuməti qaçqınların yerləşdiriləcəyi 40 rayonu müəyyənləşdirib. Yerli partiya və sovet orqanları, ticarət, məişət, səhiyyə və mədəniyyət müəssisələri onları qəbul etməyə hazırdır. İdarə və nazirliklər bu ailələrin inşaat materialları və yığılma evlərlə təmin olunması ilə bağlı tədbirlər nəzərdə tutub”.
“Bakinskiy raboçiy”, 3 dekabr 1988-ci il
08.12.2017, 1905.az

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










