Avqustun 20-də Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə şuranın videoformatda növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda Dövlət Neft Fondunun uzunmüddətli dayanıqlılığı məsələləri də ətraflı müzakirə olunub.
Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEC+ anlaşması üzrə hasilatın azalması və dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.
Dövlət Neft Fondunun büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub











