Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), eləcə də ABŞ təmsilçisi C.Uorlikin köməkçisi David Salvo ilə görüşüblər.
Qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin və yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxlanılmasından narazılıqlarını ifadə ediblər.
Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb.
Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.

















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











