Dekabrın 26-da günün ikinci yarısında Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub.
Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










