Ermənistanın pilotsuz uçan aparatı məhv edilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən il noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət “Mi-24” tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











