
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb və insanların həyatı xilas edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla altı nəfər, o cümlədən Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin aprelin 15-də Yuxarı Qarabağ su kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun meyiti batdığı yerdən təqribən 1 kilometr aralıda kanalda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











