Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib.
Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.