
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın qardaş Türkiyənin bu ölkədəki səfiri Ali Onaner ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə səfirlər iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əlaqələrdən söz açıblar. Regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparan səfirlər Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, bu işlərdə türk şirkətlərinin iştirakı və dəstəyi bir daha xatırlanıb.
Tərəflər Fransadakı səfirliklərimiz arasında əməkdaşlığın prioritet sahələrindən söz açaraq, onun daha da möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










