
Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanın vəziri” əsəri əsasında tamaşa hazırlayacaq. Tamaşa Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə səhnələşdiriləcək.
Muzeyin direktor müavini Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, “Lənkəran xanının vəziri” əsəri tanınmış Gürcüstan yazıçısı və tərcüməçisi Akaki Tsereteli tərəfindən 1870-ci ildə gürcü dilinə tərcümə olunub. Əsərə səhnə həyatı verilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrə töhfə verməkdir. Tamaşa gürcü aktyorlarının iştirakı ilə hazırlanır.
L.Əliyevanın sözlərinə görə, Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan yazıçılarının daha bir neçə əsərini səhnələşdirmək niyyətindədir. Eyni zamanda, gürcü yazarların da Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin səhnələşdirilməsi planlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









