
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında tərtib olunan “Həqiqətin onomastikası” adlı nəşr oxucuların istifadəsinə verilib. Kitabın ideya müəllifi akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, müəllifləri isə filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
AZƏRTAC xəbər verir ki, gərgin tədqiqat işinin bəhrəsi olan bu kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Şərq-Qərb” nəşriyyatında ərsəyə gələn “Həqiqətin onomastikası” əsərində indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşıdırılmasına həsr olunub. Kitab Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Məktəbi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Azərbaycan Dillər Universitetinin birgə əməyinin məhsuludur.
Oxucuların böyük marağına səbəb olacaq nəşrdə erməni vandalizminin və saxtakarlığının nümunəsi kimi indiki Ermənistan ərazisində tarixən yaşamış Azərbaycan türklərinin izlərini silmək üçün onlara məxsus olan 1600-dən artıq toponimin kütləvi şəkildə dəyişdirilməsindən və saxtalaşdırılmasından, bir vaxtlar azərbaycanlıların yaşadığı məntəqələrin məqsədli şəkildə Yer üzündən silinməsindən bəhs olunur.
Kitabda indiki Ermənistan ərazisində vaxtilə mövcud olan Azərbaycan mənşəli toponimlərin xəritəsi də verilib.










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

