
Bakıda Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqres keçirilir.
AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayev tərəfindən Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub.
İki gün davam edəcək konqres Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr edilib.
Qeyd edək ki, konqresin əsas məqsədi tibb elmində yeni elmi praktik nailiyyətlərin müzakirəsi, həkimlərin bilik və bacarıqlarının artırılması, xüsusilə gənc həkimlərin elmi inkişafına töhfə verməkdir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










