
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı və hərbi intizamının möhkəmləndirilməsində komandir-rəis heyətinin üzərinə düşən vəzifələrdən, həmçinin xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüquq norma və prinsipləri barədə maarifləndirici söhbətlər aparılıb.
Məşğələlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










