Bir daha bildiririk ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəraitində inteqrasiyasıdır. Biz Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq. Amma müstəqil Azərbaycan Respublikasının ərazisində 10 minlərlə bir hərbi qüvvənin olması qəbuledilməz idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
“Dünən Qarabağın sakinləri müzakirələrin, dialoqun keçirilməsi üçün bir daha dövlət səviyyəsində Azərbaycanın Yevlax şəhərinə dəvət olundu. Təəssüf ki, bu, dünən qarşı tərəfdən müvafiq şəkildə qiymətləndirilmədi”, – deyə Prezidentin köməkçisi əlavə edib.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









