Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilir. Azərbaycan 1992-ci ilin martında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib: “Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində digər şəhərlərimiz, digər ərazilərimiz kimi, Şuşa da azad edildi. Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik mərkəz rolunda çıxış edir. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










