Ayda 2 dəfə çıxan “Avtorevyu” adlı Rusiya jurnalı var. Bakı metrosunun stansiyalarında qəzet köşklərinin fəaliyyətinə xitam verilməzdən əvvəl, bu jurnalın nömrələrini almaq asan idi. İndi də yəqin abunə yolu ilə əldə edə bilərsiniz bu jurnalın nüsxələrini. Ya da internetə girib http://autoreview.ru/ yazarsınız və istədiyiniz qədər bu jurnalın materiallarını oxuya bilərsiniz.
Hərçənd ki, jurnalın təzə nömrələrini saytda oxumaq bir qədər problematikdir. Məsələn, mən bu yazını 16 iyunda yazıram. Jurnalın saytındakı müvafiq bölümdə isə yalnız ilin ilk 9 nömrəsi yerləşdirirlib.
Amma köhnə nömrələrlə bağlı problem yoxdur.
Və siz hər biriniz bu jurnalın 2012-ci il üçün 23-cü nömrəsinə rahatca baxa bilərsiniz. Həmin nömrədə Moskvadan… Dağlıq Qarabağa səyahətdən bəhs edən material hər birimizi düşündürməlidir.
Yazıda təkcə maşınlardan söhbət açılmır. Burada “aeroport”un da görüntüləri var, Eduardo Ernekyan adlı argentinalı biznesmenin “respublika”ya təyyarə bağışlaması haqqında informasiya da.
Ən yeni tariximizin saxtalaşdırılması üçün yazı müəlliflərinin səyləri də öz yerində.
Moskvadan Dağlıq Qarabağa səfər edən “ekspedisiya”nın Kəlbəcərdə olduğunu sübut edən şəkillər, Armen və Svetlan adlı 2 nəfərin həyat hekayəsi və burada qeyd etməyə lüzum görmədiyim başqa məqamlar bizləri hiddətləndirməyə bilməz…
Amma bu yazıdan xəbərimiz də olmalıdır.
Fuad Babayev, 1905.az
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











