HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

300 söz

“EKSPERT”NAMƏ

Uzun müddət elə hesab etmişəm ki, bütün insanları iki qrupa ayırmaq olar. Düşünmüşəm ki, birinci, daha böyük qrupa ekspert ola bilməyən, ikinci, müqayisəyəgəlməz dərəcədə kiçik qrupa isə ekspert ola bilən insanlar daxil edilməlidirlər.

Yanılmışam.

SOVETİN SƏHVLƏRİNDƏN BİRİNİN ARADAN QALDIRILMASI HAQQINDA YAZI

Şura hökumətinin bağışlanmaz və bağışlanması bəlkə də  mümkün olan xətaları haqqında çox deyilib və yazılıb. Moskvanın qılıncının qəbzəsinin kəsdiyi vaxtlarda da qərb sovetoloqları və sovet dissidentləri bu səhvlər haqqında yorulmaq bilmədən danışırdılar və yazırdılar. İndisə bu səhvlərdən lazım gələrsə, ya da elə lazımın gəlməsini gözləmədən hamı söhbət aça bilər. Bu demək olar ki, tam təhlükəsizdir. Doğrudur, mövzu aktuallığını əsasən və birdəfəlik itirib.

PULSUZ KİŞİLƏR

Uzun illər bundan qabaq rəhmətlik Mirzə Ələkbər Sabir bütün pulsuz kişilərə insanlığın asan olmadığını sübut edə bilib. Məşhur şeiri oxumuş ya da eşitmiş bütün pulsuz kişilər başa düşüblər ki, insan olanın “cahü cəlali” və “dövləti, mali” olmalıdır. Əgər hansısa kişi yuxarıda sadalananlara malik deyilsə… onun üçün insan kimi yaşamaq çox çətin olacaq.

TƏQSİRLİLİK PREZUMPSİYASI

Tam aydın olmayan səbəblər üzündən, özü də daimi əsaslarla nyusmeyker rolunda çıxış etmək istəyən adamlar üçün yaratmaq elə də asan deyil. Xüsusilə, əgər bu adamlar nə şişə, nə də kababa  açıq-aşkar sezilən ziyanı  vurmadan nyusmeykerlik etmək istəyirlərsə…