
İndoneziya Dövlət Poçt Şirkət Ağdama həsr olunan poçt markası buraxıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin İndoneziyadakı səfirliyi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamından irəli gələrək, 20 Noyabr – Ağdam şəhər günü ilə əlaqədar poçt markasının buraxılması təşəbbüsünü irəli sürüb. Poçt markasının üzərində İndoneziya dilində “Aghdam Hiroshima dari Kaukasus” (“Ağdam Qafqazın Xirosimasıdır”) sözləri qeyd olunub. İndoneziya Dövlət Poçt Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka noyabr ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyədə olacaq.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











