
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanın Azərbaycana qarşı təcavüzünün yaralarının sağalması: Mina təhlükəsi ilə mübarizə” başlıqlı məqaləsi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə İordaniya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, məqalə Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışına istinadla nəşr edilib. Məqalədə Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru, 3400 nəfərin məhz minaların partlaması nəticəsində həyatlarını itirməsi, ərazilərimizin minalarla çirkləndirilməsi ilə əlaqədar keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarında çətinliklərlə üzləşməsi və digər bu kimi məsələlər qeyd olunub.
Həmçinin vurğulanıb ki, Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi Azərbaycanda minalarla mübarizə işini çətinləşdirib. İşğalçı ölkə beynəlxalq təzyiq altında cəmi 25 faiz dəqiqliyi olan mina xəritələrini təqdim edib və Vətən müharibəsindən sonra qeydə alınan mina partlayışları bu natamam xəritələrdə göstərilməyən ərazilərdə baş verib. Bu isə Ermənistan tərəfindən insan həyatına və beynəlxalq humanitar hüquqa qarşı nümayiş olunan etinasızlığın bariz nümunəsidir.
Məqalədə Azərbaycanda minatəmizləmə işlərinin 90 faizdən çoxunun milli resurslar hesabına maliyyələşdirildiyi də bildirilib. Eyni zamanda, sülhə, insan haqlarına və təhlükəsiz həyata dəstək olmaq üçün Azərbaycanda minatəmizləmə işlərinin daha da gücləndirilməsi və intensivləşdirilməsi işlərinə beynəlxalq dəstəyin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










