
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Baş nazirin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.
Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.
Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










