İraqlı deputat Muxtar Əl-Musavi parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımağı təklif edib.
AZƏRTAC xəbər verir ki, parlamentin plenar iclasında çıxış edən deputat Muxtar Əl-Musavi bildirib ki, Azərbaycan və İraq xalqları qardaş xalqlardı. Azərbaycan xalqına qarşı 1992-ci ilin fevralında törədilən soyqırımı İraq parlamenti tanımalı və Azərbaycanı dəstəkləməlidir.
Deputat bildirib ki, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində hücum edərək dinc əhalini güllələyib. Bu vəhşi aksiyada 63 uşaq, 70 qoca, 106 qadın olmaqla 613 nəfər qətlə yetirilib.
Muxtar Əl-Musavi bu aksiyanın ermənilərin İslam dininə qarşı olan nifrətinin təzahürü kimi qiymətləndirib və baş verən faciənin birmənalı şəkildə soyqırımı aksiyası olduğunu bəyan edib. Diqqətə çatdırıb ki, bir sıra dövlətlər, o cümlədən Pakistan, Meksika, Panama, Peru, Paraqvay, Çexiya, Sudan və başqa dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. İraqın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ildə Qahirədə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında Xocalı faciəsi soyqırımı və insanlığa qarşı cinayət kimi qəbul edilib.
Muxtar Əl-Musavi parlamentin xüsusi iclasının keçirilməsini və bu məsələnin müzakirəyə çıxarılmasını təklif edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










