İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO) 2021-ci ildə təşkilatın həyata keçirəcəyi yeni layihələri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İƏT Milli Xəbər Agentlikləri Birliyi (UNA) ilə keçirilən birgə virtual Media Forumunda çıxış edən ISESCO-nun Baş direktoru Salim əl-Malik yeni ilin ilk günlərində Məhəmməd Peyğəmbərə həsr olunmuş beynəlxalq konfransa hazırlıq görüldüyü barədə məlumat verib. O qeyd edib ki, İslam və Qərb ölkələrindən ilahiyyatçı alimlərin iştirak edəcəyi bu geniş tədbir Müsəlman Dünyası Liqası və İlahiyyatçıların Məhəmmədiyə Liqası ilə birlikdə keçiriləcək. Bundan başqa, ISESCO-nun təşkilatçılığı ilə İslam dünyasında medianın gələcəyi mövzusunda da konfransın keçirilməsi nəzərdə tutulur.
Baş direktor qeyd edib ki, 2021-ci ilin İslam dünyasında “Qadın ili” elan edilməsi münasibətilə İƏT-ə üzv ölkələrin iştirak edəcəyi geniş tədbirin təşkili də bu layihələr arasındadır. Belə ki, ilboyu keçiriləcək tədbirdə qadın hüquqları və cəmiyyətin sosial-iqtisadi həyatında zərif cinsin nümayəndələrinə dəstəyin artırılması məsələləri müzakirə ediləcək.
ISESCO-nun rəhbəri təşkilatın 2020-ci ildə gördüyü işlər barədə də ətraflı məlumat verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










