
İyulun 12-də Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi də qoşulub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd ediblər.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 174 adda 471 nüsxə kitabı, Hüseyn Cavidin Ev Muzeyi isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.
















Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub











