
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Hayfa şəhərindəki Yunesko meydanında aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək, Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirməsinə etiraz bildirmək olub.
Azərbaycan və İsrail bayraqları ilə aksiyaya qatılan təşkilat üzvləri Ermənistanın mina cinayətləri, eləcə də həlak olan media təmsilçilərinin fotoları əks olunan plakatlar nümayiş etdirib, Ermənistanın müharibə cinayətlərinə son qoyması üçün çağırışlar ediblər. Plakatlarda “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Erməni terroruna son”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir” şüarları əks olunub.
Aksiyada yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib, işğalçı dövlətin cinayətkar əməllərinə göz yummamaları üçün beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









