İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin xatirəsinə abidə ucaldılacaq.

AZƏRTAC xəbər verir ki, abidə şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşəcək.
Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsinin açılışı dekabrın18-də olacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










