
İtaliyanın “Eurasiaticanews” portalında “La musica Mugham patrimonio UNESCO a Roma” (“Musiqi – UNESCO-nun irsi olan muğam Romada”) sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın İtaliyadakı səfirliyinin keçirdiyi Mədəniyyət Mərkəzində “Muğam gecəsi” adlı tədbirə həsr olunub.
Məqalədə qeyd olunur ki, Azərbaycan muğamı – mənşə bölgələrindən biri Qarabağdakı Şuşa şəhəri olan bu incəsənət növü – folklor və şifahi ənənələrə əsaslanan, klassik poeziya ilə musiqi improvizasiyasını birləşdirən çox mürəkkəb sənət formasıdır. Muğamın əsas ifa alətləri olan tar, kamança və qaval Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsidir.
Məqalənin müəllifi Avropa Xəbər Agentliyinin İtaliyadan olan nümayəndəsi, “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino yazır ki, Qərb musiqisindən fərqli olaraq, muğam yalnız müəyyən bir musiqi ladına deyil, nəsildən-nəslə ötürülən melodiyalara və improvizasiya elementlərinə əsaslanır. Muğam çoxhissəli kompozisiya olmaqla, hər bir ifa zamanı emosional gərginlik və bədii-poetik dialoq tədricən yüksəlir, ifaçılarla dinləyicilər arasında xüsusi bir əlaqə yaranır.
Məqalədə xatırladılır ki, 2003-cü ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib. Bundan əvvəl, 1977-ci ildə muğamdan bəzi parçalar “Voyager” kosmik zondu ilə birlikdə Qızıl Diskdə kainata göndərilib – bu disk bəşəriyyətin mədəni mesajını simvolizə edir.
Tədbirin Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzi ilə yanaşı, Xan Şuşinski Fondunun dəstəyi ilə keçirildiyi qeyd olunur. Yazıda həmçinin tanınmış Azərbaycan xanəndəsi və bəstəkarı Xan Şuşinskinin (1901–1979) yaradıcılığına da toxunulub. Müəllif onun ən məşhur əsərlərindən biri olan “Şuşanın dağları” mahnısının doğma Şuşa şəhərinə həsr olunduğunu vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










