İtaliyanın Neapol şəhərinin Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənədin preambula hissəsində Liveri bələdiyyəsi tərəfindən 2020-ci ilin noyabr ayında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinin pislənilməsi, BMT TŞ-nin və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal həyata keçirilməsinə dair İtaliya hökumətinə müraciət sənədinin qəbul edildiyi xatırladılır.
Həmçinin “Human Rights Watch” təşkilatına istinadən Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “ən böyük və ən dəhşətli qətliam” olduğu, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən isə Xocalıda mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımının müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağır əməllər kimi qiymətləndirildiyi diqqətə çatdırılır.
Sənəddə 25-26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub.
Sənədin sonunda insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımının İtaliyanın aidiyyəti rəsmi qurumları tərəfindən tanınmasına çağırış edilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










