
IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, panel müzakirəsi Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədovun moderatorluğu ilə keçirilib.
Tədbirdə müasir media mühitində baş verən dəyişikliklər, süni intellekt texnologiyalarının jurnalistikaya təsiri, vizual hekayəçiliyin yeni imkanları və rəqəmsal platformalarda auditoriya ilə effektiv kommunikasiya yolları müzakirə olunub.
Müzakirədə texnoblogerlər Fərid Pərdəşünas, Tariyel Ağazadə, həmçinin blogerlər Gela Vasadze və Diana Knud iştirak ediblər.
Qeyd olunub ki, süni intellekt media sahəsində həm yeni imkanlar yaradır, həm də informasiya təhlükəsizliyi, məzmunun etibarlılığı və etik prinsiplərin qorunması ilə bağlı mühüm çağırışlar meydana çıxarır. Bildirilib ki, texnologiyanın sürətli inkişafı jurnalistlərdən yeni bacarıqlar əldə etməyi, rəqəmsal alətlərdən səmərəli istifadəni və dəyişən media trendlərinə uyğunlaşmağı tələb edir.
Panel iştirakçıları vizual məzmunun müasir auditoriyanın diqqətini cəlb etməsində roluna toxunaraq, yeni nəsil media təcrübələrinin informasiya təqdimatında mühüm yer tutduğunu vurğulayıblar.
Qeyd olunub ki, süni intellekt və innovativ texnologiyalar jurnalistikanın gələcəyini formalaşdıran əsas amillərdən biridir və bu sahədə peşəkar yanaşma, düzgün istifadə prinsipləri xüsusi əhəmiyyət daşıyır.
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











