Fevralın 27-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Kanada, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıb, aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumat əldə ediblər. Onlar Laçın-Xankəndi yolunda sərbəst hərəkətin təmin edilməsinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib











