
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
AZƏRTAC xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 20 ailə (71 nəfər) noyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.
Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşan 5 ailə (23 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və onlar Horadiz şəhərində köç karvanına qoşulacaqlar. Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Tərtər rayonundan 2 ailə (10 nəfər), Bərdə rayonundan 1 ailə (5 nəfər), Qax rayonundan 1 ailə (4 nəfər), Lənkərandan 1 ailə (4 nəfər).
Ümumilikdə bu dəfə kəndə 25 ailə – 94 nəfər köçürülür.
Köç karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.
Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin sayı ümumilikdə 46-ya (188 nəfər) çatıb.
Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









