
“Little YARAT” proqramı çərçivəsində növbəti ustad dərsində uşaqlar rəsm, “Nano art” və keramika üzrə ustad dərslərində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Özümü belə görürəm” rəsm dərsi zamanı iştirakçılar boyalardan istifadə etməklə akvarel kağızı üzərində avtoportret yaradıb, bu portretə rəngli kağızdan paltar və baş örtüyü əlavə ediblər.
“Nano art” zamanı abstrakt sənəti öyrənməyə çalışan balacalar, ətrafımızda olan obyektlərin strukturlarını mikroskop altında araşdıraraq, gördükləri əsasında öz sənət əsərlərini hazırlayıblar.
Keramika üzrə ustad dərsi isə uşaqlara sənətlə məşğul olmaqla yanaşı, həm də əl motorikasını inkişaf etdirməyi öyrədib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










