
Sentyabrın 29-da Heydər Məscidində Milli Məclisin mərhum deputatı Qənirə Paşayeva ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Milli Məclisin deputatları, ictimai xadimlər və siyasətçilər iştirak ediblər.
Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq deputatın həyatını xilas etmək mümkün olmayıb.
Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










