Prezident İlham Əliyevin dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri iştirak edirlər.