Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi və ilk dəfə ölkəmizin beynəlxalq səviyyədə tanınan bütün ərazisi çərçivəsində prezident seçkiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada söyləyib.
MSK sədri bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda yaradılacaq məntəqələrdə 18 yaşına çatmış vətəndaşlar öz səslərini verəcəklər. Onun sözlərinə görə, həmin ərazilərdə hələ altı ay bundan əvvəl tikintidə işləyənlər, hərbi hissələrdə xidmət keçənlər artıq qeydiyyatdadırlar.
“Media qurumları və subyektləri işğaldan azad edilmiş ərazilərdə seçki prosesində də fəal iştirak etməlidir. Bu, Seçki Məcəlləsində də öz əksini tapıb”, – Məzahir Pənahov bildirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










