AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində noyabr ayında start götürmüş “Baxış bucağı” debat müsabiqəsində dörd universitetin komandası iştirak edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin komandaları növbə ilə bir-biri ilə qarşılaşır.
Debatlarda əsas məqsəd tələbələrin intellektual potensialını açmaqdan, tədrisdə fəallıqlarını artırmaqdan və perspektivli tələbələri aşkar etməkdən ibarətdir. Debatlar həm də tələbələrin şəxsi və peşəkar vərdişlərinin – natiqlik məharətinin, elmi-tədqiqat fəaliyyətinin, komandada işləmə qabiliyyətinin inkişaf etdirilməsinə yardım göstərir.
İndiyə kimi artıq dörd debat baş tutub. Noyabrın 7-də Bakı Slavyan Universitetində BSU və ADPU-nun komandaları, noyabrın 15-də Bakı Dövlət Universitetində BDU və BSU-nun komandaları, noyabrın 21-də Bakı Slavyan Universitetində BSU və ATMU-nun komandaları, noyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində isə ADPU və BDU-nun komandaları qarşılaşıb.
“Azərbaycan gənclərinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu” mövzunun müzakirəyə çıxarıldığı debatlarda komandalardan biri mövzu ilə bağlı mövqeləri müdafiə edir, qarşı tərəf isə Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında hələlik passiv olduğunu, şəbəkələşə bilmədiyini, bəslənilən ümidləri doğrultmadığını sübut etməyə çalışır.
Debatlarda tələbələrin hazırlıq səviyyəsini ekspertlər qrupu – AVCİYA-nın əməkdaşları, ADPU, ATMU, BDU və BSU-nun müəllimləri qiymətləndirir.
Tələbələr debatlarda Azərbaycandakı ictimai-siyasi vəziyyət, ölkəmizin tarixi, maddi mədəniyyət abidələri, mədəniyyət və idman həyatı ilə bağlı yüksək səviyyəli biliklərə malik olduqlarını, mühakimə yürütmək və öz fikirlərini qorumaq bacarıqlarını nümayiş etdiriblər.
Növbəti debatlar noyabrın 28-də ADPU-da (eyni adlı universitetin və ATMU-nun komandaları qarşılaşacaq) və noyabrın 30-da BDU-da (BDU və ATMU-nun komandaları qarşılaşacaq) keçiriləcək.










 
         
         
        









 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

