
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın görkəmli şəxslərinin müdrik kəlamları, mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycan diasporunun təşəkkülü, fəaliyyət tarixi və digər mövzularda, ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan azərbaycanşünaslıq, azərbaycançılıq ideologiyası və başqa mövzularda Azərbaycan və digər dillərdə kitablar nümayiş olunub.
Virtual sərgi ilə http://anl.az/el/vsb/ linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, 31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










