Milli Məclis Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası üzrə gəlirləri 24 681 734,6 min manat, xərcləri isə 26 416 297,5 min manat məbləğində müəyyən edilib. Dövlət büdcəsinin gəlirləri gözləniləndən 2,3 faiz çox, xərcləri isə 3,9 faiz az icra olunub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










