Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 25 874 497,0 min manat, yerli gəlirlər isə 941 503,0 min manat müəyyən olunur.
2022-ci il dövlət büdcəsinin xərcləri 29 879 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri isə 978 959,0 min manat) məbləğində müəyyən edilir.
2022-ci il İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











