
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-də Baş Assambleya çərçivəsində təşkilata üzv ölkələrin nümayəndələri ilə müşahidəçi parlamentlərin təmsilçiləri arasında dialoq keçirilib. Tədbirdə Milli Məclisin üzvləri – Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ramin Məmmədov və Elnur Allahverdiyev iştirak ediblər.
“Sülh, davamlı inkişaf və COVID-19-dan bərpaya investisiya” mövzusunda keçirilən müzakirələrdə deputatlarımız çıxış edərək, Azərbaycanın sülh, davamlı inkişaf, COVID-19-dan sonrakı dövrdə bərpa prosesində fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
Daha sonra Milli Məclisin üzvləri tərəfindən üzv parlamentlərin nümayəndələrinin sualları cavablandırılıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










