Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda əsgərlərin vəziyyəti stabildir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaralıların vəziyyəti barədə yeniliklər olduqda KİV məlumatlandırılacaq.
Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu – kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olub, 6 əsgər – Musayev Bəhruz Məhəmmədəli oğlu, Mirzəyev Alı Pənah oğlu, İsgəndərzadə Azər Eyyub oğlu, Zülfüqarov Mürsəl İbrahim oğlu, Cəbrayılov Sadiq Misirxan oğlu və Talıbov Emin Talıb oğlu yaralanıb.
İlkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











