
Misirin geniş oxucu kütləsinə malik olan “Nəbd” qəzetində “Geosiyasi transformasiyalar: Zəngəzur dəhlizi Atlantik keçidinə çevrilə biləcəkmi?” sərlövhəli analitik məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük müharibədə Qələbəsinin təkcə Cənubi Qafqazda deyil, ətraf regionlarda da geosiyasi xəritəni dəyişdiyi, yeni reallıqlar yaratdığı, Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi olan Naxçıvanla birbaşa quru nəqliyyatı əlaqəsinin, eyni zamanda, Türkiyə və Orta Asiyaya da mühüm kommunikasiya vasitəsi olacağı diqqətə çatdırılır.
Yazıda vurğulanıb ki, Ukraynada müharibənin başlaması Türkiyə vasitəsilə Avropa və Çinlə ticarətin bərpasına səbəb oldu. Bu müharibə ilə eyni vaxtda Azərbaycan Prezidenti İlham Əliyev dayanıqlı sülhə nail olmağa, Zəngəzur dəhlizi təşəbbüsünü reallığa çevirməyə çalışır. İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin 2022-ci ilin martında Azərbaycana səfəri zamanı imzalanan sazişlər rəsmi Tehranın da regionda kommunikasiyaların bərpasında maraqlı olduğunu göstərir.
Məqalədə müharibədən qalib ölkə kimi çıxmış Azərbaycana beynəlxalq marağın daha da artması, mühüm geosiyasi mövqeyi olan ölkəmizin regionun enerji və kommunikasiya habına çevrilməsi qeyd olunur. Sonda diqqətə çatdırılır ki, Avropa İttifaqı, Rusiya, Mərkəzi Asiya ölkələri, Çin, Türkiyə və İranın da böyük maraq göstərdiyi nəqliyyat dəhlizlərinin açılması Avrasiya məkanında əməkdaşlığın inkişafında böyük rol oynayacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










