Misirin paytaxtı Qahirədə Qafqaz və Orta Asiya məsələləri üzrə tanınmış tədqiqatçı Əhməd Əbdoh Tarabikin “Qarabağ – Qafqazda sülh yolu” kitabı nəşr olunub.Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab beş fəsildən ibarətdir. Bu fəsillərdə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın coğrafiyası, Qafqazda mövqeyi, etnoqrafik-mədəni və dini xüsusiyyətləri, bu məkanın demoqrafik vəziyyəti, müxtəlif dövlətlər tərəfindən işğal olunması, Rusiya imperatorluğunun tərkibinə qatılması məsələlərindən geniş bəhs olunur. Nəşrdə, eyni zamanda, ermənilərin Qarabağa köçürülməsinə zəmin hazırlayan proseslərdən və bu siyasətə təkan verən müqavilələrdən, ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları və vəhşiliklərdən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, problemin həlli istiqamətində aparılan danışıqlardan və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qərar və qətnamələrdən söhbət açılır.
Müəllif kitabda iki uzun sürən münaqişə – Fələstin və Qarabağ münaqişələri arasında da paralellər apararaq mövzunu araşdırmağa çalışır.
Qarabağ münaqişəsi ilə bağlı obyektiv mənbələrin azlığından əziyyət çəkən ərəb oxucusu üçün bu kitab çox əhəmiyyət kəsb edir.
AzərTAc
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











