
Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Rusiya Prezidenti paradı qəbul edib.
Qələbə paradında MDB ölkələri də daxil olmaqla, 13 xarici dövlətin parad heyətləri iştirak edib. Azərbaycanla yanaşı, Qırmızı meydandan təntənəli marşla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də Vyetnam, Misir, Çin, Laos, Monqolustan və Myanmanın hərbçiləri keçiblər.
Rusiya Prezidenti Vladimir Putin və rəsmi qonaqlar – xarici ölkələrin rəhbərləri “Naməlum əsgər”in məzarını və “Əbədi məşəl” abidəsini də ziyarət ediblər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










