Ermənistan ilə Türkiyə arasında normallaşma prosesində Azərbaycanın hər hansı bir narahatçılığı yoxdur. Tam əksinə, Azərbaycan bu prosesi dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin “TRT Haber” telekanalında canlı yayımda çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.
Sözügedən prosesdə Azərbaycan ilə məsləhətləşmə aparmadan addım atılmadığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan bizim Ermənistanla birbaşa təmasda olmağımızı istəyir. Azərbaycanın Qarabağ Zəfəri ilə Cənubi Qafqazda işğal problem həllini tapdı. Artıq sülh və əməkdaşlığın təmin edilməsi lazımdır.
Ermənistan daxil olmaqla bütün tərəflər üçün Qarabağ Zəfərindən dərs almağın vacib olduğunu ifadə edən nazir Mövlud Çavuşoğlu məlumat verib ki, Paşinyanın seçkiləri qazanandan sonra ünvanladığı mesajlara Türkiyə Prezidenti də cavab verib. Türkiyə və Ermənistanın xüsusi nümayəndələri fevralın 24-də Vyanada görüşəcəklər.
Nazir əlavə edib ki, Azərbaycan da Ermənistanla davamlı sülh istəyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










